RU

Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü təşkil edilə bilər

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Xarici İşlər Nazirliyi Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünün keçirilməsi ilə bağlı tərəflərlə məsləhətləşmələr aparır.

Bu barədə APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndəsi Mevlüt Çavuşoğlu məlumat verib.

Mevlüt Çavuşoğlu görüşlərdə konkret nəticələrin əldə olunacağına ümidini ifadə edib.

Qeyd edək ki, Beşinci Antalya Diplomatiya Forumu gələn il 17–19 aprel tarixlərində baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
8
icma.az

9Источники