Bu gün Misli Premyer Liqasında “Zəfər turu”na yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.
Bu günə 11-ci turun son iki matçı nəzərdə tutulub.
Əvvəlcə “Kəpəz” “Sabah”la üz-üzə gələcək. Gəncə klubu hazırda 3 xalla turnir cədvəlində sonuncudur. Paytaxt təmsilçisi isə 18 xalla altıncı yeri tutur. “Sabah” bu matçda qələbə qazansa, turnir cədvəlində ikinci pilləyə yüksələ bilər.
Turun son matçında isə Azərbaycan derbisi baş tutacaq. Çempion “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Ağdam klubu əzəli rəqibini məğlub etsə, yenidən liderliyə yüksələcək.
Misli Premyer Liqası,
11-ci tur (“Zəfər turu”)
9 noyabr (bazar)
15:44. “Kəpəz” - “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Qəbələ şəhər stadionu
18:44. “Qarabağ” - “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
“Azersun Arena”