RU

Yaponiya hökuməti düyü üçün talon tətbiq etmək qərarına gəlib

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaponiya hökuməti iqtisadiyyatın dəstəklənməsinə yönəlmiş tədbirlər çərçivəsində düyü üçün talon tətbiq etmək qərarına gəlib.Demokrat.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.Bildirilib ki, belə bir təşəbbüslə ölkənin kənd təsərrüfatı naziri Norikazu Suzuki çıxış edib. O qeyd edib ki, təklifini düyü qiymətlərinin artması şərtləndirib. Bu səbəbdən tezliklə talon sistemi yaradılacaq."Hökumət "okome biletləri'nin (talonların adı - red.) kompleks iqtisadi tədbirlərə daxil etmək qərarına gəlib. Pərakəndə satış mağazalarında düyünün qiyməti orta hesabla 4 min yendən (təxminən 44.36 manat - red.) çoxdur. Çox pul xərcləyən, uşaq böyüdən nəslin və pensiya ilə dolanan, gəliri aşağı olan yaşlı insanların yükü artır", - deyə məqalədə vurğulanıb.O da bildirilib ki, bəzi hakimiyyət orqanları artıq kartlar almağa və paylamağa başlayıblar. Lakin layihə yüksək nəqliyyat və inzibati xərclər tələb edə bilər. Qeyd olunub ki, bu xərclər düyünün öz qiymətindən 1.5 dəfə baha başa gələ bilər. (Oxu.az)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
67
1
demokrat.az

2Источники