RU

ABŞ-ın B-52H strateji bombardmançı təyyarələri İspaniyaya yerləşdirilib

Bakı. Trend:

ABŞ-nin bir qrup "B-52H Stratofortress" strateji bombardmançıtəyyarəsi Finlandiya, Litva, İsveç və digər müttəfiqlərlə birgəçoxtərəfli təlimlər keçirmək məqsədilə İspaniyadakı Moron havabazasına gəlib.

Trend xəbər verirki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığıməlumat yayıb.

Bir gün əvvəl Luiziana ştatının Barksdeyl Hava Qüvvələribazasından havaya qalxan üç B-52H bombardmançı təyyarəsi İspaniyayaenib.

Hərbi qurumun açıqlamasına görə, bu tip təlimlər ABŞ Hərbi HavaQüvvələrinin strateji bombardmançı ekipajlarına yaranan təhdidlərəsürətli reaksiya vermək, NATO-nun şərq cinahı və uzaq şimalbölgəsində etibarlı müdafiə maneəsi yaratmaq imkanlarını artırmağaxidmət edir.

Məlumata əsasən, təlimlər zamanı ekipajlar mürəkkəb havaməkanında yüksək təhlükə şəraitində manevr və əməliyyat uçuşlarınıtəqlid edən bir sıra tapşırıqları yerinə yetirəcəklər.

Избранный
103
az.trend.az

1Источники