RU

Şuşa və Xankəndidə möhtəşəm atəşfəşanlıq... - FOTO


Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən konsert proqramının ardınca atəşfəşanlıq olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Zəfər meydanında şəhərin səması rəngarəng işıqlara bürünüb.

Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, hər kəsdə xoş ovqat yaranıb.

Zəfər Günü münasibətilə Şuşa şəhərində də möhtəşəm atəşfəşanlıq olub. Bayram atəşfəşanlığı Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb.

ZÜMRÜD

Избранный
34
4
baki-xeber.com

10Источники