RU

"Ukraynada sülh güclü təhlükəsizlik zəmanətləri ilə təmin edilməlidir"

Avstriya Ukraynada sülhün əldə olunmasını dəstəkləməyə davam edir, bu sülh davamlı olmalı və güclü təhlükəsizlik zəmanətləri ilə təmin edilməlidir.

Redaktor.az "Ukrinform" portalına istinadən xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Mayl-Rayzinger Vyanada keçirilən 29-cu Avropa Forumunun iştirakçılarına müraciətində deyib.

“Rusiyanın təcavüzkar müharibəsi Avropanı köklü şəkildə dəyişdi. Artıq 1 200 gündən çoxdur ki, Ukraynada insanlar əzab çəkir və ölür. Qətllərə son qoymağın vaxtıdır. Buna görə də Rusiya həqiqətən də danışıqlar masasına oturmalıdır. Sülh hərtərəfli, ədalətli və davamlı olmalı, eyni zamanda güclü təhlükəsizlik zəmanətləri ilə möhkəmləndirilməlidir,” – deyə nazir qeyd edib.

 

 

Избранный
2
2
redaktor.az

3Источники