RU

Müəllimləri "dərs dilənçiləri", "hinduşkabaş" adlandıran direktorun yerinə təyinat

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Bakı şəhəri Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbə direktor təyin edilib.

 

Bu vəzifəyə Ruhiyyə Vaqif qızı İmanova təyinat alıb.

 

Qeyd edək ki, həmin məktəbin əvvəlki direktoru müəllimlərə qarşı uyğunsuz davranışına görə işdən azad edilmişdi.

 

Belə ki, məktəbin müəllimləri direktor Sevda Sarıyevanın onları valideynlərin yanında təhqir etdiyini, müəllimləri "dərs dilənçiləri", "hinduşkabaş" adlandırdığını bildirmişdilər. Bundan sonra aparılan araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru S.Sarıyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

 

Oxu.az

Tarix: 9 Noyabr 2025, 01:20   
Избранный
23
13
pravda.az

10Источники