Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman, "Azərbaycanın Zəfər Günü" münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Newscenter.az-ın məlumatına görə, Bizimyol.info xəbər verir ki, Prezident Erhürman məktubunda dost və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edərək, ölkəyə sülh, rifah və xoşbəxtlik arzulayıb.
Təbrik mesajında Erhürman: “Ölkələrimiz arasında qarşılıqlı həmrəylik və əməkdaşlıq körpülərinin daha da möhkəmlənəcəyinə ürəkdən inanıram”, - deyə qeyd edib.