RU

Trampın uşaqlıqda yaşadığı ev bu qiymətə hərraca çıxarıldı

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın həyatının ilk dörd ilini keçirdiyi ev 2,3 milyon dollara hərraca çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal"ı məlumat yayıb.

Məlumata görə, Amerika liderinin atası tərəfindən 1940-cı ildə Nyu Yorkun Kuins şəhərində tikilmiş beş otaqlı ev Tramp ailəsi köçdükdən sonra bir neçə dəfə fərqli insanlara satılıb.

Sonuncu dəfə fevral ayında 835 min dollara Tommi Lin adlı şəxsə satılıb. Ancaq həmin ev baxımsız vəziyyətdə olduğu üçün evdə 500 min dollar dəyərində təmir işləri görülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
58
17
axar.az

10Источники