Xankəndi şəhərində Zəfərin 5 - ci ildönümü münasibətilə keçirilən konsert proqramının ardınca atəşfəşanlıq olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Zəfər meydanında şəhərin səması rəngarəng işıqlara bürünüb.Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, hər kəsdə xoş ovqat yaranıb.