Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə təşkil olunan konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq keçirilib.
“İki sahil” xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Zəfər meydanında səma rəngarəng işıqlarla bəzənib. Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, şəhərdə bayram ab-havası hökm sürüb.