Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən konsert proqramının ardınca atəşfəşanlıq olub.
Manset.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, Zəfər meydanında şəhərin səması rəngarəng işıqlara bürünüb.
Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, hər kəsdə xoş ovqat yaranıb.