BAKI,TurkicWorld
Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə təşkil olunan konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq keçirilib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən TurkicWorld-ə verilən məlumata görə, Zəfər meydanında səma rəngarəng işıqlarla bəzənib. Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, şəhərdə bayram ab-havası hökm sürüb.