RU

Qaradağda Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirildi - Fotolar

8 Noyabr - Zəfər Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rəhbərliyi ilə genişmiqyaslı anım tədbiri keçirilib...

Poliqon xəbər verir ki, tədbirdə Şura üzvləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. İlk olaraq Şəhidlər xiyabanına əklil qoyulub və şəhidlərin ruhlarına dualar oxunub. Daha sonra şəhidlərin məzarları bir-bir ziyarət edilib və onların üzərinə tər gül dəstələri düzülüb, əziz xatirələri dərin ehtiramla yad olunub.

Eyni zamanda Qaradağ rayonu ərazisində dəfn olunmuş digər şəhidlərin qəbirləri də ziyarət olunub. Şəhidlərin fədakarlıqları və onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq bir daha vurğulanıb, onların xatirəsinin hər zaman uca tutulacağı bildirilib.

Daha sonra Qaradağ rayonu Lökbatan qəsəbəsindəki “Şəhidlər” abidə kompleksini ziyarət edərək şəhidlərin əziz xatirələrini anıblar. Onlar abidə önünə əklil və çələnglər qoyaraq şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Ardınca II Fəxri xiyabanda dəfn edilmiş Vətən müharibəsinin şəhidləri - mayor Elsevər Vaqif oğlu Paşayevin, kapitan Türkay Nizami oğlu Hüseynlinin, baş leytenant Adil Asəm oğlu İbrahimlinin məzarları ziyarət edilib.

Həmçinin Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında Zəfər Gününə həsr olunmuş sərgi keçirilib.

Qaradağda qürurdolu silsilə tədbirlərdən sonra Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş bayram konserti və atəşfəşanlıq baş tutub.

Poliqon.info

Избранный
39
25
poliqon.info

10Источники