RU

Üçüncü Dünya müharibəsinin anonsu verildi

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ müdafiə naziri Pit Heqset dünyadakı hazırkı vəziyyəti 1939-cu illə - İkinci Dünya müharibəsinin başlandığı dövrlə müqayisə edib.

Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə “Forbes Breaking News” məlumat yayıb.

“Bu, 1939-cu il və ya 1981-ci il anıdır - artan təhlükənin, gərginliyin anı. Düşmənlər toplanır, təhdidlər artır. Siz bunu hiss edirsiniz, mən də hiss edirəm. Müharibənin qarşısını almaq və ondan yayınmaq istəyiriksə - bunu hamımız istəyirik - o zaman hazır olmalıyıq”, - o bildirib.

Heqset ABŞ-nin düşmənlərinin əllərini yanlarına salıb oturmadıqlarını vurğulayıb.

Qeyd edək ki, 1981-ci ildə ABŞ Polşada tətbiq olunan hərbi vəziyyətə cavab olaraq SSRİ-yə qarşı sərt sanksiyalar tətbiq etmişdi. ABŞ müdafiə nazirinin bu açıqlamasının Ukraynada müharibəni davam etdirən Rusiyaya qarşı yeni sərt sanksiyaların anonsu olduğu ehtimal olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
3
avtosfer.az

4Источники