RU

30 il ərzində heç bir praktiki nəticə əldə etməyən beynəlxalq hüquq və ədaləti bərpa edən Azərbaycan

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər bir xalqın tarixində, özünəməxsus dövlət və dini bayramlar, əlamətdar günlər olur. Onların arasında elə əlamətdar günlər olur ki, millətin simvoluna çevrilir. Zəfər Günü məhz, elə bayramlardandır. Tarixi zəfərimizdən 5 il ötür. Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm qələbə, torpaqların işğaldan azad olunması, daha sonra 2023-cü ilin sentyabr ayında keçirilmiş bir günlük lokal antiterror əməliyyatları 200 illik erməni separatizminə son qoymaqla, Azərbaycan xalqını dünyaya tamamilə başqa tərəfdən tanıtdı. Xalqı, 30 illik məğlubiyyət sindromundan bir dəfəlik xilas etdi. Milli qürurumuz bərpa olundu. Müasir dünyada baş verən haqsızlıqların, ikili standartların fonunda, Azərbaycan kimi nisbətən kiçik bir dövlət üçün, belə nailiyyətlər əldə edən ikinci bir dövlət yoxdur.

Zəfər Gününün memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu, üç böyük həmsədr dövlət 30 il ərzində heç bir praktiki nəticə əldə etmədi. Və yaxud münaqişəni həll etmək istəmədi. Əksinə, bütün mümkün variantlardan istifadə etdilər ki, Azərbaycanı təslimçiliyə vadar etsinlər. Yanıldılar, İlham Əliyev şəxsiyyətini nəzərə almadılar. O zamankı mürəkkəb geosiyasi şərtlərlə, müharibənin başlanması barədə qərar vermək, som dərəcə riskli addım idi. Dünya gücləri, erməni diaspora və lobbi təşkilatları Ermənistanın arxasında idi. Bütün çətinliklərə baxmayaraq, cəsarət, siyasi iradə, peşəkarlıq və milli ruh öz sözünü dedi. Azərbaycan Silahlı Qüvvələri müharibə başlayan andan etibarən hər gün müxtəlif kəndləri, qəsəbələri, şəhərləri azad etdilər. Mürəkkəb dağlıq relyefə malik, 30 illik müdafiə-istehkam qurğuları inşa etmiş, strateji yüksəkliklərdə yerləşmiş düşmənin məhv edilməsi, ilk baxışdan qeyri-mümkün görünürdü. Ordumuzun döyüş qabiliyyəti, ən müasir silahlarla, döyüş texnikası ilə təchiz olunması "mümkün olmayan"ı reallığa çevirdi.

Zəfər Günü dünyada və regionda yeni reallıqlar yaratdı. Azərbaycanın beynəlxalq nüfuzu kəskin şəkildə artdı. Tarixi qələbə qardaş Türk xalqlarında özünəinam hissini formalaşdırdı. Bu gün Prezident İlham Əliyevlə, bütün güc mərkəzlərində hesablaşır, hətta bir vaxtlar düşmən münasibəti göstərən ölkələr də hörmətlə yanaşırlar, məsləhətləşirlər. Geosiyasi münaqişələrdə Azərbaycandan vasitəçi olmağı xahiş edirlər. ABŞ, Çin kimi dünya liderlərinin cənab Prezidenti özlərinin dostu elan etməsi, bizə yuxu kimi gəlir.

Bu gün artıq Qarabağ və Şərqi Zəngəzur regionu bərpa olunur. Yeni şəhərlər salınır. İnsanlar öz yurdlarına qayıdır. Şuşa dünyanın mədəniyyət mərkəzinə çevrilməkdədir. Azərbaycan günü gündən güclənir, inkişaf edir, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi hab statusu almışdır.

Zəfər Gününün 5-ci ildönümü münasibətilə başda Ali Baş Komandan olmaqla, xalqımızı, Türk dünyasını təbrik edirəm. Zəfərlərimiz bol olsun.

Nəsib Məhəməliyev

Müəllif: Milli Məclisin deputatı Nəsib Məhəməliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
icma.az

1Источники