RU

“Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil”

“Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi”.

Yenilik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

“Biz müstəqil siyasət aparan ölkə idik və bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı”, - dövlət başçısı əlavə edib.

“Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik. Bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir”, - Azərbaycan lideri əlavə edib.

Избранный
32
29
yenilik.az

10Источники