RU

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla andı.

Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini yad etdi.

Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu.

DOĞRU.AZ

image-17625889742988632761_1200x630image-1762588974579853051_1200x630 image-17625889745327641214_1200x630 image-17625889746346314514_1200x630 image-17625889742988632761_1200x630 image-17625889743188623042_1200x630 image-17625889744322938500_1200x630 image-17625889752929718130_1200x630 image-17625889752193762365_1200x630 image-17625889755418422983_1200x630 image-17625889752611337361_1200x630 image-1762588975578929426_1200x630 image-1762588975418023799_1200x630

Избранный
10
49
dogru.az

10Источники