RU

Hakan Fidan Azərbaycanı “Zəfər Günü” münasibətilə təbrik etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

KONKRET.az xəbər verir ki,, bu barədə nazir “X” sosial media hesabında paylaşım edib.

“Qardaş Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağlıların öz torpaqlarına qovuşmasını təmin edən o tarixi mübarizənin qəhrəmanlarını dərin ehtiramla yad edir, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət, qazilərimizi isə minnətdarlıqla anıram”, – paylaşımda qeyd olunub.

H.Fidan “Qarabağ Azərbaycandır!” həqiqətinin xalqların yaddaşında və bölgənin gələcəyində əbədi yaşayacağına inamını ifadə edib:

“Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıda olmaqdan, qardaşlığımızı bir daha dərindən hiss etməkdən və Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq”.

Избранный
20
6
konkret.az

10Источники