Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk satalarından başlayaraq, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi.
“Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə güc verirdi, bizi ruhlandırırdı”, - deyə dövlətimizin başçısı əlavə edib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.
"Müharibədən və şanlı zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Bu gün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür".