RU

Arutyunyan yenidən axtarışa verildi

Ermənistanın keçmiş müdafiə naziri Mikael Harutyunyana yenidən ittiham irəli sürülüb və axtarışa verilib.

Bakıvaxtı.az milli.az-a istinadən xəbər verir ki, Harutyunyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. İttihama görə, o, general-leytenant Manvel Qriqoryanın qardaşı oğluna qanunsuz mənzil verib.

Baş Qərargah rəisinin keçmiş müavini Enriko Apriamova və komissiyada xidmət edən digər hərbçilərə qarşı da ittihamlar irəli sürülüb.

Qeyd edək ki, Harutyunyan əvvəllər 1 mart 2008-ci il hadisələri ilə əlaqədar da ittiham olunmuşdu.

Избранный
32
3
bakivaxti.az

10Источники