RU

ADSEA Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçiribADSEA Zəfər Günü münasibətilə ağacəkmə aksiyasıKEÇİRDİ

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ceyranbatan su anbarının ərazisində ağacəkmə aksiyası təşkil olunub.

ADSEA-dan Redaktor.az-a bildirilib ki, aksiya çərçivəsində Agentliyin və onun tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə 1850 ədəd ağac əkilib.

Ağacəkmə aksiyası respublikanın bütün şəhər, rayon və qəsəbələrində eyni vaxtda həyata keçirilib və Agentlik tərəfindən ümumilikdə ölkə üzrə 12000-dən çox ağac əkilib.

Tədbirin əsas məqsədi Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eyni zamanda ekoloji mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə vermək olub.

2222
Избранный
17
9
redaktor.az

10Источники