RU

Zəfər Günü – Ədalətin, sülhün və müdrikliyin təntənəsi - Şəbnəm Səfərova yazır

Min illərdir xalqımız müxtəlif bayramları qeyd edir. Lakin Zəfər Bayramı azsaylı bayramlardandır ki, onu Azərbaycan xalqı və Ali Baş Komandan birlikdə, onilliklər boyunca mübarizə apararaq, sözün əsl mənasında dişi-dırnağı ilə qazanıb.

Bu bayram günündə başda şəhid və qazilərimiz olmaqla hər bir azərbaycanlının payı var. Öz ruzisini əsgərlərlə bölüşən sadə kənd sakinlərinin də, cəbhədə canından keçən igidimizin də, isti evindəykən gecəylə başına yağan bombalara rəğmən gülümsəyən körpənin də bu Zəfərdə izi var. Zəfər Bayramı milli həmrəyliyimizin, inamımızın və dövlətimizin qüdrətinin parlaq təntənəsidir.

Böyük qələbənin 5-ci ilini qeyd edərkən bird aha əmin oluruq ki, Zəfərin əsasında dayanan əsas amil xalq–dövlət birliyi oldu. Bu birlik Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətin gücünü, xalqın iradəsini və milli həmrəyliyi bir amal ətrafında birləşdirdi.

Azərbaycan QHT-ləri bu günlərdə Xankəndidən ölkə başçısına ünvanladıqları müraciətdə bu həqiqəti bir daha ifadə etdilər:


“Azərbaycan QHT-ləri müharibənin qalibi və sülhün müəllifi kimi Prezident İlham Əliyevin tarixi missiyasını alqışlayır, onun Azərbaycanı qələbədən qələbəyə aparan siyasətini tam dəstəkləyir.”

Müraciətdə qeyd olunur ki, bu ilin 8 avqustunda keçirilən Vaşinqton Zirvə Görüşü də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyib:

“Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixinə dövlətçiliyin möhkəmləndiyi, ərazi bütövlüyü və suverenliyin bərpa olunduğu dövr kimi düşəcək. Biz Sizinlə fəxr edirik! Şəhidlərimizin qanı, veteranlarımızın şücaəti, xalqımızın birliyi, Sizin güclü liderliyiniz və dəmir yumruğunuz sayəsində əldə edilmiş bu Zəfəri qorumaq hər birimizin vətəndaşlıq borcu və milli şərəfidir. Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaq!”

QHT-lərin müraciətində həm də Böyük Qayıdış siyasətinə güclü dəstək ifadə olunur:

“Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətli dirçəlişi Sizin yürütdüyünüz siyasətin təntənəsi, tarixi bəhrəsidir. İşğaldan azad olunmuş ərazilərdə, 30 il ərzində viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb. Azərbaycan post-münaqişə bölgəsində şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz model yaradıb.”

Bu reallıq göstərir ki, Azərbaycanın Zəfəri yalnız hərbi qələbə deyil, həm də sülhün, inkişafın və yenidənqurmanın təməlidir. Qarabağ artıq dirçəlişin, davamlı inkişafın və ədalətli sülhün məkanıdır.

QHT-lərin missiyası – Zəfərin ruhunu yaşatmaq

Vətəndaş cəmiyyəti institutları bu mənəvi irsin qorunmasında mühüm rol oynayır. QHT-lər vətənpərvərlik tərbiyəsi, şəhid ailələri və qazilərlə iş, Qarabağda icma əsaslı sosial layihələr və ekoloji bərpa təşəbbüsləri vasitəsilə həm dövlət siyasətinə, həm də milli həmrəyliyə töhfə verirlər.

“Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi olaraq biz də Zəfərin mənəvi dəyərini cəmiyyətin yaddaşında yaşatmaq, gənc nəsillərə ötürmək və Azərbaycanın beynəlxalq imicini möhkəmləndirmək istiqamətində fəaliyyətimizi davam etdiririk.

Zəfər Günü gələcək nəsillərə bir mesaj verir: bu torpaq yalnız güclü ordunun deyil, həm də sədaqətin - Vətəninə sadiq xalqın iradəsi ilə qorunur.

Zəfər Günü  Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və Prezident İlham Əliyevin tarixi liderliyinin təcəssümüdür.
Bu gün bizim üçün həm ədalətin, həm sülhün, həm də milli qürurun bayramıdır.

Şəbnəm Səfərova, “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri

 

Избранный
77
qht.az

1Источники