RU

“Bakıda çay içəcəklərini deyirdilər, təcridxanasında çay içirlər” – Prezident

Erməni hərbi cinayətkarları bu gün Bakıda istintaq təcridxanasında çay içirlər.

NOCOMMENT.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda onların tanklarının Bakı küçələrində olacağını, özlərinin isə Bakıda çay içəcəklərini deyirdilər:

“Əslində, onların bu arzuları gerçəkləşdi, onu biz gerçəkləşdirdik. Hərbi Qənimətlər Parkında erməni tankları var, erməni cinayətkarlar isə Bakıda istintaq təcridxanasında çay içirlər”.

Избранный
4
13
nocomment.az

10Источники