RU

Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət edib (FOTO)

Bakı.Trend:

Zəfər Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və AzərbaycanOrdusunun bir qrup hərbi qulluqçusu xalqımızın Ümummilli LideriHeydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət edib.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin rəhbər heyəti Fəxri xiyabanda UluÖndərin abidəsi önünə qızılgül dəstələri düzüb, dahi liderinxatirəsinə ehtiram nümayiş etdirib. Həmçinin görkəmlioftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarətedilib, üzərinə qızılgüllər düzülərək xatirəsi hörmətlə yadolunub.

Sonra Şəhidlər xiyabanına gələn hərbi qulluqçular Vətən uğrundacanlarını fəda etmiş şəhidlərimizin məzarlarına və “Əbədi məşəl”abidəsinin önünə tər gül dəstələri düzüblər.

Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyət Hərbi MemorialMəzarlığı ziyarət edib.

Burada hərbi orkestrin ifasında Azərbaycan RespublikasınınDövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəliksükutla yad edilib, məzarları üzərinə gül dəstələri düzülərəkruhları hörmətlə anılıb.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənov şəhid ailələri və yaxınları ilə görüşüb, onlarınqayğıları ilə maraqlanıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birincivitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də MüdafiəNazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Избранный
66
7
az.trend.az

8Источники