RU

Ermənilərin bu arzusunu biz gerçəkləşdirdik İlham Əliyev

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Erməni hərbi cinayətkarları bu gün Bakıda istintaq təcridxanasında çay içirlər.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda onların tanklarının Bakı küçələrində olacağını, özlərinin isə Bakıda çay içəcəklərini deyirdilər.

"Əslində, onların bu arzuları gerçəkləşdi, onu biz gerçəkləşdirdik. Hərbi Qənimətlər Parkında erməni tankları var, erməni cinayətkarlar isə Bakıda istintaq təcridxanasında çay içirlər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
14
axar.az

10Источники