RU

Müdafiə naziri ABŞ-nin ən ciddi düşmənini açıqladı: SSRİ-ni xatırladır

BAKI, 8 noyabr. TELEQRAF

“Pentaqondakı bürokratiya ABŞ üçün Çindən daha ciddi təhlükəyə çevrilib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.

Nazir bu bürokratiyanı “ABŞ-nin ən dəhşətli düşməni” adlandırıb:

“Bu düşmən mərkəzləşdirilmiş planlaşdırmanın son qlobal dayaqlarından biridir. O, beşillik planlarla idarə olunan diktatura ilə fəaliyyət göstərir. Bəlkə bu, keçmiş Sovet İttifaqını xatırladır, amma bu düşmən artıq yoxdur. Mənim danışdığım düşmən daha yaxındır: o, Pentaqonun bürokratiyasıdır”.

Heqsetin sözlərinə görə, bu düşmən yeni ideyaları məhv edir və düşüncə azadlığını boğur, nəticədə isə bu, ölkənin təhlükəsizliyi və hərbçilərin həyatını təhlükəyə atır. Pentaqon rəhbəri qeyd edib ki, bu düşmənin gücü ilə hətta Çin də rəqabət apara bilməz.

Избранный
59
teleqraf.com

1Источники