RU

Vətən müharibəsi ilə bütün dünya gördü ki, Azərbaycan Ordusu istənilən döyüş əməliyyatını mükəmməl şəkildə yerinə yetirə bilər - Ehtiyatda olan kapitan

Bakı. Trend:

Vətən müharibəsi ilə bütün dünyaya sübut etdik ki, istəniləndöyüş əməliyyatını mükəmməl şəkildə yerinə yetirə bilər.

Bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Trend-ə açıqlamasındaehtiyatda olan kapitan Ramil Bədəlov deyib.

O, Zəfərin həm xalq, həm də ordu üçün misilsiz önəm daşıdığınıbildirib. Kapitan Ramil Bədəlov bildirib ki, o, Aprel döyüşləri,Vətən müharibəsi və sonrakı antiterror əməliyyatlarında iştirakedib:

"Mən həm Aprel döyüşlərinin, həm də 44 günlük Vətənmüharibəsinin, eləcə də antiterror əməliyyatlarının iştirakçısıyam.Bu gün biz qələbəmizin 5-ci ilini qeyd edirik və bununla fəxredirik. Şadıq ki, xalqımıza bu qələbə sevincini yaşada bildik. Bu,bizim müqəddəs borcumuz idi və biz həmin vəzifənin öhdəsindənlayiqincə gəldik".

Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan uğurlar birdaha göstərdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü və peşəkarordularından biridir:

"Bütün dünya gördü ki, Azərbaycan Ordusu istənilən döyüşəməliyyatını mükəmməl şəkildə yerinə yetirə bilər. Biz bunuxüsusilə Şuşa döyüşlərində sübut etdik. Həmin döyüşlər bir çoxölkələrin orduları üçün ağlasığmaz əməliyyat hesab edilirdi. Bizyalın əllərlə qayalara dırmanaraq, düşməni məhv edib şəhəri azadetdik. Bu, həm qəhrəmanlıq, həm də milli ruhun zirvəsi idi".

Ehtiyatda olan zabit Ali Baş Komandan başda olmaqla bütünAzərbaycan xalqını və Silahlı Qüvvələrin şəxsi heyətini Zəfər Günümünasibətilə təbrik edib:

"Bu qələbənin memarı olan Ali Baş Komandana, Ordumuzun bütünqəhrəman zabit və əsgərlərinə minnətdaram. Eyni zamanda, bu zəfərinəldə edilməsində canını fəda etmiş şəhid qardaşlarıma Allahdanrəhmət diləyirəm. Onların ruhu qarşısında baş əyirəm".

Ramil Bədəlov vurğulayıb ki, 8 Noyabr – Zəfər Günü təkcəAzərbaycanın deyil, bütün türk dünyasının şərəf və birlikrəmzidir:

"Zəfər Günü xalqımızın birliyinin, dövlətimizin gücünün və igidoğullarımızın qanı ilə yazılmış tarixdir. Bu qələbə nəsillər boyuqürurla xatırlanacaq".

Избранный
50
1
az.trend.az

2Источники