RU

TDT Baş katibi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, o, bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"8 Noyabr - Qələbə Gününü, 44 günlük Vətən müharibəsində Şuşanın azad edilməsini, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edən Azərbaycan xalqının və Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığını və birliyini qürur hissi ilə anıram", - deyə paylaşımda bildirilir.

Избранный
14
30
publika.az

10Источники