RU

Dövlət Dəniz və Liman Agentliyində "Zəfər Günü"nə həsr olunan tədbir keçirildi - FOTOLAR

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

"Unikal" xəbər verir ki, qurumun kollektivi torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini birdəqiqəlik sükutla yad edib.

Agentliyin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Əfqan Cəlilov qələbənin ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan xalqının birliyinin, Ordumuzun gücünün və dövlətimizin qüdrətinin bariz nümunəsidir.

Bu qələbə Azərbaycan xalqının şanlı tarixində əbədi qalacaq, gələcək nəsillər üçün qürur mənbəyi olacaq. Çünki Zəfər Günü xalqımızın azadlıq və ədalət uğrunda apardığı mübarizənin rəmzidir. Bu gün biz qalib xalq olaraq dövlətimizin gücünü, Ordumuzun qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini bir daha qürurla xatırlayırıq. 

Daha sonra DDLA-nın 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsində iştirak etmiş əməkdaşları qələbəni səciyyələndirən döyüş yolundan qürurla danışıblar.

Sonda müharibə iştirakçıları ilə xatirə şəkli çəkilib.

Избранный
25
1
unikal.az

10Источники