Bakı, 8 noyabr, AZƏRTAC
AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Bu barədə AZƏRTAC-a AFFA-dan bildirilib. O, qadınlar arasında Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 12-də Münxen şəhərindəki “Alyans Arena”da baş tutacaq.