RU

Azərbaycan xalqının çoxəsrlik tarixinə yazılan qəhrəmanlıq salnaməsi

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq” çağırışı 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarının təqdimatı oldu. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə böyük Ermənistan” sərsəm ideyasını reallaşdırmaq cəhdi Azərbaycanın kəndlərinin, şəhərlərinin dağılması, on minlərlə günahsız insanın qətli, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.  Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu.Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu.  Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca Bayrağımızın dalğalanması bütün işğal dövrü ərzində dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub.Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf, tərəqqi yolu xalqımızın torpaq həsrətinə son qoydu, tarixi ədalət bərpa edildi, azad Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan Bayrağı dalğalandı. Bu yolun Azərbaycana iqtisadi, siyasi, diplomatik, hərbi sahədə qazandırdığı uğurların miqyası o qədər böyükdür ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür.  Bünün üçün müharibə şəraitində yaşayan Azərbaycanın ordu quruculuğu istiqamətində atdığı addımlara  diqqət yetirmək kifayətdir.  Ulu Öndər Heydər Əiyevin müstəqilliyimizin əbədiliyi naminə göstərdiyi qətiyyət, taleyüklü məsələlər sırasında ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar böyük önəm daşıyırdı. Sovetlər dövründə Cəmşid Naxçıvanski adına hərbi liseyi  yaratmaqla ordu quruculuğu prosesinin əsasını qoyan Ulu Öndər milli kadrların hazırlanması sahəsindəki təcrübəsini sonrakı illərdə də uğurla davam etdirdi. Bədnam AXC-Müsavat iqtidarı dövründə ölkədəki acınacaqlı vəziyyət məlum olaylardandır. Həmin dövrdə Silahlı Qüvvələrimiz torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Torpaqlarımızın bir-birinin ardınca işğalı xalqın səbir kasasını doldurmuşdu. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı düşdüyü çətinliklərdən xilas etməklə yanaşı, Qələbəyə doğru gedən yolu günbəgün yaxınlaşdırdı. Təbii ki, bunun üçün Azərbaycanın bütün sahələrdə inkişafı əsas şərtlərdən biri idi. Ulu Öndər Heydər Əliyev bu inkişafın möhkəm təməlini yaratdı.Bugünkü və gələcək zəfərlərər yol açan tarixi müraciətÜmummilli Lider  2003-cü ildə isə xalqa tarixi müraciəti ilə bugünkü və gələcək uğurlara, Zəfərlərə yol açdı. Həmin müraciətdə cənab İlham Əliyevə Özü qədər inandığını, başa çatdıra bilmədiyi işləri, planları Onun başa çatdıracağına əminlik ifadə edildi. Prezident İlham Əliyev suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanda ötən il keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi” söyləyərək onu da qeyd etdi ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq,  öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik. Prezident İlham Əliyev onu da vurğuladı ki, verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi: “O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.”Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər ölkəmizə  öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.Azərbaycan regionda yeni mənzərə yaratdıAzərbaycanın iqtisadi sahədə regional və qlobal üstünlüyü də diqqətdən kənarda qala bilməz. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir.Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq tərəfdaş ölkələrin sayının artmasına səbəb oldu. Azərbaycan  bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək keçmiş münaqişənin həlli üçün hüquqi bazanı möhkəmləndirdi.  BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar keçmiş münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan qətnamələr qəbul etdilər. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildi.Onu da qeyd edək ki, keçmiş Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş və artıq tarixin arxivinə göndərilən ATƏT-in keçmiş Minsk qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı.  BMT  işğalçı Ermənistana təzyiq göstərmədi, yalnız tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalaraq icra olunmadı. Dövlət başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsini şanlı tariximiz kimi qiymətləndirməklə yanaşı, bu reallığı da xüsusi qeyd edir ki, ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, işğalçının arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl,   Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.Nəhayət qisas anı yetişdi və düşmənin “məğlubedilməz ordu” mifi necə dağıdıldı?2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Sentyabrın 27-də başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə torpaqlarımızın 30 illik işğalına son qoyan Azərbaycan Silahlı Qüvvələri Ermənistanın “məğlubedilməz ordu” mifini dağıtdı. Vətən müharibəsindən sonra da ordu quruculuğu istiqamətində islahatları davam etdirən Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə yeni Komando birləşmələrinin yaradılması, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibinin zənginləşməsi, ordumuzun döyüş qabiliyyətinin artırılması üçün hərbi-təlim məşqlərin yüksək səviyydə təşkili Ermənistan və havadarlarına ciddi mesaj oldu. Artıq inkaredilməz  həqiqətdir ki, Ermənistan və onun arxasında duran istənilən ölkə Azərbaycanla şantaj və ultimatum dili ilə danışa bilməz.Bu gün “Nəyi, necə və nə vaxt ediləcəyini”  ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsində də tətbiq edən Prezident İlham Əliyevin qətiyyətli sərkərdəlik təcrübəsi  bütün dünyaya nümunə göstərilir. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı artır, əsgər və zabitlərimizin qarşıya qoyulan istənilən vəzifəni yüksək səviyyədə icra etmək bacarığı təkmilləşir.Tarixi Zəfərimiz təsdiqlədi ki…2023-cü ilin   sentyabrında Qarabağda aparılan qısamüddətli lokal anttiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olundu. İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, antiterror əməliyyatı nəticəsində qazandığımız uğurlar təsdqlədi ki, Azərbaycan Silahlı Qüvvələri güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında öz sözünü demiş, özünü təsdiqləmiş ordudur. Dünyanın güclü orduları sırasında reytinqi yüksələn Silahlı Qüvvələrimizin hərbi gücünə görə dünya miqyasında yüksək sıralarda, Cənubi Qafqazda isə birinci sırada yer alması müdafiə qüdrətimizin sarsılmaz gücünün ifadəsidir. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının formalaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində qarşıya qoyulmuş bütün hədəflərə yüksək səviyyədə nail olur.  Dünyanın ən güclü orduları sırasında 10-cu, NATO-da isə 2-ci olan Türkiyə Silahlı Qüvvələri ilə birgə çoxsaylı hərbi təlimlərdə iştirak edən , təcrübə mübadiləsi aparan Silahlı Qüvvələrimiz müasir model əsasında yenidən qurulur. Vətən müharibəsində Azərbaycana mənəvi və siyasi dəstəyini əsirgəməyən Pakistanla da hərbi-texniki əməkdaşlıq imkanları genişləndirilir.44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün sahələrdə mövcud imkanlarının təqdimatında öz sözünü dedi. “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır” fikirləri ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin reallıqlarını diqqətə çatdırır.44 gün davam edən İkinci Qarabağ savaşının XXI əsrin müharibəsi adlandırılması o deməkdir ki, döyüşün hər  günü tarixə zəfər günü kimi yazıldı. İşğalçıya sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək düşməni torpaqlarımızdan qovdu. “Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq” söyləyən Prezident İlham Əliyevin sərəncamları ilə müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçinin “Vətən Müharibəsi”, «Zəfər», «Qarabağ» ordenləri, digər  medallarla təltif olunmasi Vətən yolunda  şəhid olmuş hərbçilərimizin rəşadətinə verilən dəyər,  ümumxalq ehtiramıdır. Cəbrayıl, Füzuli, Xocavənd,  Suqovuşan, Hadrut, Murovdağ, Laçın, Qubadlı, Zəngilan, Şuşa, Xocalı, Xankəndi, Xocavənd…Azərbaycanın müstəqillik,  qəhrəmanlıq salnaməsinə yazılan zəfər səhifələridir. Bu torpaqlarda əbədi yaşamaq haqqımız bərpa edildi.  “Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm” söyləyən Prezident İlham Əliyev verdiyi vədi yerinə yetirərək işğaldan azad olunan ərazilərin bərpasına özü nəzarət edir.Tarixi-mədəni irsimizin məhvi bəşəri cinayətdir Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında  apardığı etnik təmizləmə siyasətini pisləyərək,  xalqımıza məxsus  tarixi-mədəni irsin, İslam abidələri və məscidlərimizin dağıdılmasını  bəşəri cinayət  adlandıraraq  mövqelərini  bəyanatlarında rəsmən təsdiqləyən  beynəlxalq təşkilatlar, Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığını  bildirən müsəlman ölkələri erməni vandallarının işğal etdikləri ərazilərdə dini ocaqlarda törətdikləri vəhşilikləri bəşəri cinayət adlandırırlar. Ağdam şəhəri “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılır.  Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı  Şuşaya səfəri zamanı qədim şəhərin  əvvəlki simasına qaytarılacağını bildirən Prezident İlham Əliyev onu da vurğulayır ki, dini abidələrin bərpasında, quruculuq işlərində  müsəlman ölkələrinin iştirakı  İslam həmrəyliyinin nümunəsidir.  İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində,  yol infrastrukturunun inşasında Türkiyə şirkətlərinin iştirakı  ilə bağlı razılaşmalar dostluq və birliyin əbədiliyini göstərir. Türk dünyasının birliyi bu gün azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın görünür.Mədəniyyət paytaxtımız olan Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini ən önəmli vəzifə kimi qarşıya qoyan, «Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik» söyləyən Prezident İlham Əliyev onu da qeyd edir ki, hədəfimiz Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-də Azərbaycan Bayrağı Şuşada qaldırıldı. Ondan sonra düşmən diz çökdü, təslim oldu, ağ bayraq qaldırdı. Biz Kəlbəcər, Laçın, Ağdam rayonlarını bir güllə atmadan geri götürdük. Şuşanın azad olunması günü Zəfər günü elan edildi.Şuşanın  erməni əsirliyindən  azad olunmasını tam qələbəmiz kimi dəyərləndirən Prezident İlham Əliyevin “O vaxt demişdim ki, Azərbaycan Bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! Şuşa yenə də öz tarixi simasını bərpa edəcəkdir” sözləri Böyük Qayıdışa çağırış idi.XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyasıİkinci Qarabağ müharibəsi Azərbaycanın informasiya cəbhəsində üstünlüyünü də nümayiş etdirdi. Prezident İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi dövründə verilmiş müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə üsuluna çevirən Azərbaycan Prezidenti informasiya  müharibəsində də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu. Prezident İlham Əliyevin ürəkdən səslənən, xalqın hisslərini əks etdirən  hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk olundu, dillər əzbərinə çevrildi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqın yenilməz övladını görürdülər.Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlarPrezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edildi. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlar sırasında  Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılmasını qeyd etməliyik. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırıldı. 2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirildi. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır.Tarixi Zəfərimizin reallıqlarının təbliğində 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradı da əhəmiyyətli rol oynadı. Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etdilər.  Paradı Azərbaycan  Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdilər.  Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönümünə həsr edilən hərbi parad isə Xankəndi şəhərində keçirildi.Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə açıq havada yaradılan Hərbi Qənimətlər parkı da Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlar sırasındadır. 2021-ci il 12 aprel tarixində Hərbi Qənimətlər Parkının açılışı oldu.  Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.Böyük Qayıdışın ünvanları artırPrezident İlham Əliyev 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Azərbaycan  öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoydu. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirdi. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.  Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 milyard manat vəsait ayrılmışdır. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il  30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanmasını tapşırdı.Hazırda  Qarabağ və Şərqi Zəngəzurda bura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.Azad Qarabağ və Şərqi Zəngəzur dirşəlir. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə çoxsaylı  səfərlərinin hər biri Böyük Qayıdış prosesinin daha da sürətləndirir. Böyük Qayıdış Proqramının I mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün bu torpaqlara qayıdışı nəzərdə tutulur.Qalib, bütövləşən Azərbaycan Zəfərinin beşinci ildönümünü qürurla qeyd edirTarixi Zəfərimizin beş illiyini  Azərbaycanın imza atdığı möhtəşəm uğurların, Zəfərlərin fonunda qeyd edirik. Bu reallıqlardan biri də Azərbaycanın regionda dayanıqlı sülhün təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülh təklifinin reallığa çevrilməsinə az bir müddətin qalmasıdır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstək yüksək səviyyədədir. Bu ilin avqustunda dövlət başçısı İlham Əliyevin ABŞ-a reallaşdırdığı işgüzar səfər çərçivəsində əldə olunan Vaşinqton razılaşmaları özündə mühüm məqamları ehtiva edir.Qalib, bütövləşən Azərbaycan Zəfərinin beşinci ildönümünü qeyd edir. Bu beş il dünənimizə baxış, qarşıdakı dövrün hədəflərinin təqdimatıdır. Uğurlarımız saysız-hesabsızdır. Onları sadalamaqla bitməz. Əsas olan budur ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan Onun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə  qalib, bütövləşən Azərbaycana çevrildi. Müzəffər Ali Baş  Komandan İlham Əliyevin ötən il keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində yeni dövrün hədəflərinin fonunda qətiyyətlə qeyd etdiyi kimi, yeni dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik: “Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı ərazimizin hər bir yerində dalğalanacaq.”Bu gün hər bir bayramımızı belə xoş ovqatda qeyd edirik. 8 Noyabr - Zəfər Günü, həmçinin Şuşa Şəhəri günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi müjdəsini xalqa çatdırarkən  səsləndirdiyi bu çağırışı bir daha xatırlatmaq istərdik: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”Vüqar Rəhimzadə,

Milli Məclisin deputatı

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
50
demokrat.az

10Источники