Azərbaycan Basketbol Liqasında (ABL) VI turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün tək qarşılaşma keçiriləcək.
"Gəncə" NTD-ni qəbul edəcək.
Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq matç saat 14:00-da start götürəcək.
A qrupunda mübarizə aparan komandalardan "Gəncə" 5-ci, NTD isə sonuncu - 6-cı yerdədir. Hər iki komandanın 5 xalı var.