Bu gün biz Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan Zəfər Gününün 5-ci ildönümünü böyük qürur və təntənə ilə qeyd edir.
AzEdu.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev Zəfər Günü ilə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunub:
"Bu gün Zəfər Gününün 5-ci ildönümünü böyük qürur və təntənə ilə qeyd edirik. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın milli birliyinin və sarsılmaz iradəsinin təntənəsidir.
Bu tarixi gün münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Zəfər Gününüz mübarək olsun!".
