RU

C5+1 ölkələri TBNM və TRIPP vasitəsilə qarşılıqlı əlaqələri gücləndirmək barədə razılaşıblar

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ - "C5+1" formatı ölkələri - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) potensialının tam açılması və onun "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) ilə inteqrasiyası hesabına qarşılıqlı əlaqələri və təchizat zəncirlərinin dayanıqlığını gücləndirmək barədə razılığa gəliblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi tərəfindən yayılan "C5+1" ölkələrinin yekun bəyanatında qeyd olunub.

Qeyd edilib ki, TBNM və TRIPP vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin məqsədi "C5+1" ölkələrinin və dünya ictimaiyyətinin maraqlarına uyğun olaraq yüklərin, informasiyanın və enerjinin təhlükəsiz şəkildə daşınmasını təmin etməkdir.

Ümumilikdə yekun bəyanat 24 bənddən ibarətdir və işgüzar mühit, ticarət, investisiyalar və kritik əhəmiyyətli minerallar, həmçinin TBNM-in inkişafı kimi istiqamətləri əhatə edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
58
2
baku.ws

3Источники