Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfərə gəlir.
KONKRET.az xəbər verir ki, dövlət başçısı bununla bağlı xüsusi sərəncam imzalayıb.
Sərəncama əsasən, R.T.Ərdoğan Bakıda olduğu müddətdə səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz icra edəcək.
Xatırladaq ki, Türkiyə Prezidenti bu gün Bakıda Zəfər paradına qatılacaq.