RU

Supergüclü fırtınalar artıq “yeni norma”ya çevrilir

Qasırğalar getdikcə daha çox dünyanın ciddi probleminə çevrilir.

Publika.az xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, qasırğaların gücünü müəyyən etmək üçün istifadə olunan beş ballıq şkala artıq kifayət etmir. Onların fikrincə, altıncı kateqoriyanın tətbiq edilməsinin vaxtı çatıb. Bu qənaətə gəlmələrinə, o cümlədən, son vaxtlar baş verən “Melissa” qasırğası səbəb olub.

Yamayka tarixində ən güclü fırtına kimi qeydə alınan “Melissa” haqqında Pensilvaniya Universitetinin iqlimşünası Maykl Mann “The Independent” nəşrinə bildirib ki, bu qasırğa demək olar, altıncı kateqoriyaya çatmışdı. Onun sözlərinə görə, belə gücə malik qasırğa saatda təxminən 310 kilometr sürətlə davamlı küləklərə malik olmalıdır. Belə fırtına beşinci kateqoriya qasırğalarına hesablanmış binaların daşıya biləcəyindən daha böyük dağıntılara səbəb ola bilər.

Mann qeyd edib ki, supergüclü fırtınalar artıq “yeni norma”ya çevrilir və gələcəkdə onların təsnifatı üçün yanaşmanı yenidən nəzərdən keçirmək zəruridir. Hazırkı aktual Saffir–Simpson şkalası küləyin sürətinə əsaslanır. Ekspertin fikrincə, beşinci kateqoriya ilə məhdudlaşmağın artıq mənası yoxdur.

Избранный
26
5
publika.az

6Источники