RU

Senatorlar şatdaunu dayandırmaqla bağlı razılığa gələnə qədər şəhəri tərk etməməlidir - Tramp

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Senatının üzvləri şatdaunudayandırmaqla bağlı razılığa gələnə qədər şəhəri tərketməməlidir.

Trend xəbər verir ki, bubarədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəyazıb.

“Əgər onlar razılığa gələ bilməsələr, RespublikaçılarPartiyasının təmsilçiləri dərhal filibasteri ləğv etməlidir”, -deyə Tramp əlavə edib.

Qeyd edək ki, filibaster ABŞ Senatında tətbiq olunan birparlament prosedurudur və bu, azlıqda olan senatorlara bir qanunlayihəsinin qəbulunu gecikdirməyə və ya tamamilə dayandırmağa imkanverir. Senatda normalda bir qanun layihəsi sadə çoxluqla (51 səs)qəbul edilir. Hökumətin maliyyələşməsinə dair qanun layihəsi isə 60səs toplamaldır. Filibaster səsə qoyulsa və bu Senatda səsçoxluğuna malik Republikaçılar Partiyasının senatorları tərəfindənqəbul edilsə, hökumətin maliyyələşməsi üzrə qanun layihəsi üçün 60səslik baryer adadan qalxacaq.

Избранный
11
5
az.trend.az

7Источники