RU

Evə qayıdış: Bir ifadəlik paylaşıma o qədər baxıldı ki….

Yeddiqat dünya çempionu və “Ferrari” pilotu Lyuis Hemilton Braziliya Qran Prisi öncəsi özünün “X” sosial media səhifəsində bircə ifadə yazıb: “Evə dönüş”.

Publika.az xəbər verir ki, britaniyalının paylaşımı qısa müddətdə artıq 392 000 baxış, 37 000 bəyənmə və 5 500 paylaşım toplayıb.

Hemiltonun Braziliya ilə xüsusi əlaqəsi onun kumiri Ayrton Sennadan qaynaqlanır. 2017-ci ildə əfsanəvi braziliyalı sürücü ailəsi Hemiltona Sennanın şəxsi dəbilqəsini hədiyyə etmişdi.

2021-ci ildə sürücü 20-ci mövqedən başlayaraq Maks Ferstappeni qabaqlayaraq Braziliya Qran Prisinin qalibi oldu. Bu, onun karyerasının ən təsirli çıxışlarından biri kimi tarixə düşüb.

Избранный
1
4
publika.az

5Источники