RU

Bundesliqa: “Verder” “Frayburq”a qalib gəlib VİDEO

ain.az, Idman.biz saytına istinadən bildirir.

Almaniya Bundesliqasının 10-cu turunda “Verder” və “Frayburq” üz-üzə gəliblər.

İdman.Biz bildirir ki, matç 2:1 hesabı ilə “Verder”in xeyrinə başa çatıb.

“Frayburq”un oyunçusu Mattias Svanberq 28-ci dəqiqədə hesabı açıb. 83-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Yens Stage hesabı bərabərləşdirib. 90+4-də isə Samüel Mbanqula “Verder”in qələbə topunu vurub.

Bundesliqada 10 oyundan sonra “Verder” 15 xala malikdir və 7-ci yerdədir. “Frayburq” 10 xalla 11-cidir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
2
icma.az

3Источники