Bakı. Trend:
Cari ilin dekabr ayında Misir “Aləm ər-Rum” şəhəri layihəsi üzrə3.5 milyard dollar əldə edəcək. Bundan başqa, razılaşmaya əsasən,Misir orada tikiləcək yaşayış binalarından da pay alacaq.
Trend xəbər verir ki, bunuMisirin Baş naziri Mustafa Mədbuli deyib.
Bildirilib ki, Qətər dövləti Misirin şimalında Matruhvilayətində “Aləm ər-Rum” layihəsinə təxminən 30 milyard dollarsərmayə qoyacaq. Qətərin “Diyar” şirkətinin həyata keçirdiyilayihənin ümumi sahəsi 20.5 milyon kvadratmetrdir. Burada ilin hərfəslində fəaliyyət göstərəcək müasir şəhər salınacaq, otellər,yaşayış məhəllələri, ticarət mərkəzləri, xəstəxanalar, məktəblər vəuniversitetlər tikiləcək.
Baş nazirin sözlərinə görə, layihə çərçivəsində 250 mindən çoxdaimi və müvəqqəti iş yeri yaradılacaq. Eyni zamanda, Misirbüdcəsinə vergilər və rüsumlardan əlavə, gəlirlər daxil olacaq.Mədbuli əlavə edib ki, 2030-cu ilə qədər ölkənin şimal sahili 17milyon nəfəri qəbul edə biləcək imkana sahib olacaq.
Qeyd olunur ki, “Aləm ər-Rum” layihəsi Qətərin dünyadakı ən iridaşınmaz əmlak layihələrindən biri sayılır.
Digər tərəfdən Baş nazir bildirib ki, Misir gələn bazar günübeynəlxalq şirkətlərlə rabitə sahəsində 50 müqaviləimzalayacaq.