RU

Azərbaycan XİN: Zəfər xalqımızın tarixində möhtəşəm səhifə açıb

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"28 Noyabr - Zəfər Gününün əlamətdar 5-ci ildönümü münasibətilə həmvətənlərimizi səmimi qəlbdən təbrik edirik.

Zati-aliləri Prezident İlham Əliyevin əzmkar rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan bu tarixi zəfər - Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası xalqımızın tarixində möhtəşəm bir səhifə açmışdır.

Azərbaycanın şanlı qələbəsi sayəsində regionumuz sülh, barışıq və inkişaf dövrünün yeni mərhələsinə qədəm qoymuşdur.

Bu müqəddəs gündə şəhidlərimizin xatirəsini dərin hörmətlə yad edir və igid qazilərimizə minnətdarlığımızı bildiririk.

Onların fədakarlığı və misilsiz şücaəti qəlbimizdə əbədi olaraq yaşayacaqdır.

Zəfər Günümüz Mübarək!"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
5
xalqqazeti.az

6Источники