Leny Yoro açıqlayıb: niyə “Real Madrid”i rədd edib və “Mançester Yunayted”ə qoşulub:

Offsideplus.az xəbər verir ki, futbolçu: “Mən heç vaxt peşmanlıq hissi yaşamamışam!" - deyə qeyd edib.

Futbolçu daha sonra hazırkı klubunu tərifləyib: "Mançester Yunayted" yüksək səviyyəli klubdur. Mən layihəni gəlişimdən əvvəl bilirdim. Əlbəttə, birinci ili 15-ci yerdə bitirəcəyimi gözləmirdim. Amma bunlar da qarşılaşmalı olduğun hallar idi."

Futbolçu, həmçinin, onunla başqa klubların da maraqlandığını qeyd edib: "Yalnız Real Madrid və ya Mançester yox, bir çox klub mənimlə maraqlanırdı. Amma mən bu klubu seçdim və bundan həqiqətən məmnunam.”