RU

A Seriyasında ayın "ən yaxşı"ları bəlli oldu

Bakı. Trend:

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyada ayın ənyaxşı məşqçisi mükafatına layiq görülüb.

Trend xəbər verir ki, oktyabrayında 67 yaşlı mütəxəssisin rəhbərliyi altında paytaxt klubuİtaliya çempionatında 4 oyundan 3-də qalib gəlib, yalnız “İnter”ə(0:1) uduzub.

Ayın ən yaxşı futbolçusu isə “Napoli”nin yarımmüdafiəçisiAndre-Frank Zambo-Angissa seçilib. Kamerunlu futbolçu oktyabrda ASeriyasında keçirdiyi 4 oyunda 3 qol vurub.

Zambo-Angissa bu ada uğrunda “Kremoneze”dən Federiko Bonatçoli,“İnter”dən Hakan Çalhanoğlu, “Bolonya”dan Nikolo Kambyaqi,“Kalyari”dən Elia Kaprile və “Milan”dan Rafael Leau kimifutbolçuları qabaqlayıb.

Избранный
7
1
az.trend.az

2Источники