RU

Dikdaban geyinən qadınların nəzərinə! - Həkimdən xəbərdarlıq

Ayaqda yaranan "şiş" adətən zərərsiz görünsə də, zamanla ciddi ağrılar və hərəkət çətinliyi yarada bilər.

Milli.Az xəbər verir ki, bunu travmatoloq-ortoped Elişer Zoxirov bildirib.

Həkimin sözlərinə görə bu hal adətən baş barmaq hissəsində sümük çıxıntısı ilə müşahidə olunur və əsas səbəblərdən biri genetik meyillilikdir.

Populyar hallux valgus problemi çox vaxt qadınlarda müşahidə olunur. Bunun başlıca səbəbi hündürdaban və dar burunlu ayaqqabılardır. Belə ayaqqabılar addım zamanı yükün bərabər paylanmasına mane olur və sümüklərin deformasiyasına gətirib çıxarır. Nəticədə barmaq tədricən yana əyilir və çıxıntı əmələ gəlir.

Zoxirov deyib ki, bu vəziyyət yalnız qadınlarda deyil, ayaqlarına mütəmadi yük düşən peşə sahiblərində, məsələn, rəqqasələrdə də tez-tez rast gəlinir. O, xəbərdarlıq edib ki, problemin təkcə görünüşü pozmadığını, həm də güclü ağrı və ayaqqabı geyinməkdə çətinlik yaratdığını.

Həkim bildirib ki, ortopedik içliklər yalnız deformasiyanın irəliləməsini ləngidə bilər, lakin mövcud sümük çıxıntısını aradan qaldıra bilməz. Ağrılar gücləndikdə yeganə çıxış yolu cərrahi əməliyyatdır. Müasir ortopediya əməliyyatla sümüyün düzəldilməsi və düzgün forma qazandırılması imkanlarını təklif edir.

Zoxirov əlavə edib ki, əməliyyatdan sonra bərpa dövrünü asanlaşdırmaq üçün pasiyentlərə xüsusi ortopedik ayaqqabı geyinmək tövsiyə olunur. Onun sözlərinə görə, bu üsul yükün bərabər paylanmasına kömək edir və xəstələr cəmi bir neçə həftə ərzində ağrısız yeriməyə başlayır.

İsmayıl
Milli.Az

Избранный
73
1
milli.az

2Источники