RU

SEPAH İsrailin Meksikadakı səfirinə sui-qəsd hazırlayıb

İran kəşfiyyat xidmətləri Meksikadakı İsrail səfirinə qarşı sui-qəsd planı hazırlayıblar.

Musavat.com xəbər verir ki, məlumatı Axios portalı yayıb. Nəşr adları açıqlanmayan ABŞ və İsrail rəsmilərinə istinadən sui-qəsdin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən həyata keçirildiyini aydınlaşdırır.

Bildirilir ki, plan 2024-cü ilin sonlarında başlayıb və 2025-ci ilin birinci yarısına qədər davam edib. Axios-a görə, hədəf İsrailin Mexiko şəhərindəki səfiri Einat Kranz-Niger olub. Qeyd olunur ki, Meksika kəşfiyyatı bu yay Venesueladakı İran səfirliyində işləyən və Latın Amerikasında agentlər toplayan Qüds Qüvvələri nümayəndəsi tərəfindən təşkil edilən sui-qəsdin qarşısını alıb.

"Sui-qəsd aşkar edilib və hazırda heç bir təhlükə yaratmır", - deyə ABŞ rəsmisi portala bildirib. Sui-qəsd cəhdinin təşkilatçısı isə İrana qayıdıb.

 

Musavat.com

 

Избранный
67
musavat.com

1Источники