"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti xidməti minik avtomobilinin satın alınması ilə bağlı müsabiqə elan edib. Avtosfer.az xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 100 min 100 manat təşkil edir. Satınalmaya dekabrın 2-də yekun vurulacaq. Satınalma predmeti bir ədəd xidməti minik avtomobilidir. Texniki şərtlərə əsasən, avtomobil 2025-ci il istehsalı, 175-220 at gücünə malik 2.2-2.5 litrli hibrid mühərrik və avtomat (variator) ötürmələr qutusu ilə təchiz olmalıdır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта