RU

“Kanalizasiya suyu hər həftə küçəyə axır” – Sakinlərdən ŞİKAYƏT – VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 46/56 ünvanında kanalizasiya suyu küçəyə axır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat verən sakinlər bildiriblər ki, bu hal günlərdir, davam edir.

Onların sözlərinə görə, hər həftə sözügedən ərazidə kanalizasiya lükü tutulur və nəticədə çirkab su ətrafa axır, üfunət ətrafı bürüyür.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda xəttin açılması istiqamətində işlər görülür:

“Qeyd olunan ünvanda tullantı su şəbəkəsinin vaxtaşırı tutulmasına səbəb vətəndaşların xətlərə məişət tullantılarını atmaları olur. Sakinlərdən xahiş olunur ki, kanalizasiya xətlərinə tullantı suyundən kənar əşyalar, məişət tullantıları (salfet və s.) atmasınlar”.

Избранный
88
14
nocomment.az

10Источники