“Fiorentina”nın yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, A Seriyasında son pillədə qərarlaşan komandanı bundan sonra Paolo Vanoli çalışdıracaq.
Vanoli daha əvvəl “Torino” və “Veneziya” klublarını idarə edib.
O, 2001-ci ildə “Fiorentina”nın heyətində İtaliya Kubokunu qazandığı dövrün sabiq futbolçusudur.