RU

Ermənistan vətəndaşlarının məhkəməsində daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar elan olunub

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 7-dədavam etdirilib.

Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, CamalRamazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim GünelSəmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərinhər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçünvəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorlarınittiham çıxışı ilə davam etdirilib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimliməhkəmə iclasında sənədlərin və sübutların təqsirləndirilən şəxsBabayan David Klimi ilə bağlı olan hissəsini diqqətə çatdırıb.

Bildirilib ki, David Babayan Ermənistan tərəfindən Azərbaycanaqarşı aparılan təcavüzkar müharibə zamanı 1998-ci ildə qondarmaqurumun fəaliyyətinə qoşulub, 2023-cü ilədək müxtəlif “vəzifələr”dəişləyib. Bu, həm onun öz ifadəsi, həm də məhkəmə istintaqı zamanıtədqiq edilmiş ona aid sənədlər əsasında təsdiqlənib.

İşin faktiki halları, məhkəmə istintaqı zamanı tədqiq edilmişçoxsaylı sübutlar, o cümlədən təqsirləndirilən şəxsə bilavasitə aidsənəd və materiallar, habelə təqsirləndirilən şəxslər tərəfindənverilmiş ifadələr onu göstərir ki, D.Babayan bilavasitə əlinə silahgötürüb döyüş əməliyyatlarında iştirak etməsə də, cinayətkarbirliyin ideologiyasının, Ermənistanın işğalçı siyasətininformalaşdırılmasında və həyata keçirilməsində bilavasitə iştirakedib.

O, cinayətkar birliyin məqsədləri üçün törədilən cinayətlərbarədə agah olub, imkanları daxilində olsa da, bu cinayəthadisələrinin qarşısının alınması üçün hər hansı tədbir görməyib,nifrəti və düşmənçiliyi alovlandırmaqla yeni cinayətlərintörədilməsinə zəmin yaradıb. Bununla da o, qeyd edilən dövr ərzindəbaş vermiş cinayət hadisələrinin törədilməsində iştirak edib.

Vurğulanıb ki, D.Babayan müsahibələrində və sosial şəbəkəpaylaşımlarında Ermənistanın işğalçı siyasətinə və cinayətkarbirliyin əməllərinə haqq qazandıran, işğalın davam etdirilməsi,hətta “Azərbaycan Respublikasının yeni ərazilərinin işğaledilməsinin zəruriliyini vurğulayan” fikirlər səsləndirib.

D.Babayan, həmçinin müharibə planlarının siyasi əsaslandırıcısıvə ideoloji təbliğatçısı qismində çıxış edib.

İttiham tərəfi bildirib ki, Beynəlxalq Hərbi Tribunalın Nürnberqpresedentində təsbit edildiyi kimi, təcavüzkar müharibə yalnızəlinə silah alanların deyil, onu planlaşdıran, legitimləşdirməyəçalışanların da cinayət məsuliyyətini ehtiva edir.

Beləliklə, D.Babayan təcavüzkar müharibənin hazırlanması,təşkili, aparılması və legitimləşdirilməsində qəsdən və bilavasitəiştirak etməklə müharibə və sülh və insanlıq əleyhinə olancinayətlərin törədilməsində iştirak edib.

Dövlət ittihamçısı Təranə Məmmədova təqsirləndirilən şəxsİşxanyan Davit Rubeni barəsində məhkəmə istintaqında aparılmışaraşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatlarıdiqqətə çatdırıb.

Bildirilib ki, D.İşxanyan Ermənistanın hərbi-siyasirəhbərliyinin nəzarəti altında fəaliyyət göstərən cinayətkarbirliyə 1989-cu ildə qoşulub. O, 1989-cu ildən azərbaycanlılaraqarşı milli düşmənçilik ideyalarını və bununla da mili etniknifrəti yayan “Daşnaksütyun” partiyasının fəal üzvü olub, müxtəlifvaxtlarda batalyon komandiri, qondarma rejimin “deputatı,“parlamentinin spikeri” və digər “vəzifələr”də işləyib.

Qeyd olunub ki, D.İşxanyan qoşulduğu cinayətkar birliyintərkibində 1989-2023-cü illərdə Ermənistan tərəfindən AzərbaycanRespublikasının suveren ərazilərinin işğalında iştirak edib,didərgin salınmış şəxslərin öz yerlərinə qayıtmasının qarşısınınalınmasında, etnik təmizləmə aparılmasında, insanların qəsdənöldürülməsində, əsir və girov götürülməsində, zorakılıqla yoxaçıxarılmasında, əhalinin kütləvi məhv edilməsində, terrorhadisələrində, işgəncə verilməsi ilə bağlı cinayətlərtörədilməsində və s. iştirak edib.

Sonra dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayevtəqsirləndirilən şəxs Babayan Madat Arakeloviç barəsində məhkəməistintaqında aparılmış araşdırma zamanı ona qarşı irəli sürülmüşittiham üzrə zəruri xüsusatları elan edib.

Diqqətə çatdırılıb ki, təqsirləndirilən şəxs AzərbaycanRespublikasının ərazi bütövlüyünə qarşı törədiləcək cinayətlərdəiştirak etmək, işğal olunmuş Azərbaycan Respublikasının suverenərazilərində qanunsuz yaradılan təmas xəttində işğalçı qüvvələrinxeyrinə güc balansını dəyişmək məqsədilə cinayətkar birliyəqoşulub. Madat Babayanın ifadələri ilə, həmçinin təsdiq edilib ki,o, Vamik Petrosyan, Şirin Şirinyan, Arkadi Şirinyan və digərşəxslərlə birgə cinayətkar birliyin üzvü qismində Ermənistantərəfindən Xocalı soyqırımının törədilməsində bilavasitə iştirakedib. Videoçəkiliş aparılmaqla ifadəsinin yerində yoxlanılmasızamanı və məhkəmədə dindirilərkən soyuqqanlılıqla bu dəhşətliəməllərini bir daha təsdiqləyib.

Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarlatam təsdiqlənib ki, M.Babayan cinayətkar birliyin tərkibindəcinayətkar birliyin ümumi niyyət və ideologiyasına uyğun olaraqErmənistan tərəfindən Azərbaycan Respublikasına qarşı təcavüzkarmüharibənin aparılmasında, azərbaycanlı əhalinin qanuni yaşadıqlarıyerlərdən qovulmasında və didərgin salınmasında, etnik təmizlənməaparılmasında, təqib edilməsində, onlara fiziki ağrılar, psixiiztirablar və işgəncə verilməsində, onların öldürülməsində,Azərbaycan Respublikasının yaşayış məntəqələrinə və müdafiəolunmayan ərazilərə hücum edilməsində, terror aktlarınıntörədilməsində, hakimiyyətin zorla ələ keçirilməsində və onun zorlasaxlanılmasında vahid komandanlıqdan tapşırıq alaraq qanunsuzəmrləri icra etməklə iştirak edib.

Paşayan Melikset Vladimiri barəsində məhkəmə istintaqındaaparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zərurixüsusatları diqqətə çatdıran dövlət ittihamını müdafiə edənprokuror Fuad Musayev bildirib ki, təqsirləndirilən şəxs1992-1995-ci illərdə, 2020-ci ilin sentyabr-noyabr və 2023-cü ilinmay-sentyabr aylarında cinayət hadisələrinin törədilməsində iştirakedib. O, Vitali Balasanyanın rəhbərliyi altında fəaliyyət göstərən31 saylı hərbi hissənin tərkibində Azərbaycanın suverentorpaqlarında döyüşüb.

Qeyd edilib ki, M.Paşayan ümumi cinayətkar niyyəti həyatakeçirdiyinə, yəni azərbaycanlıları didərgin salmaqla onların qanuniməskunlaşdıqları ərazini işğal etməklə Ermənistana birləşdirməyəyönələn fəaliyyətdə aktiv iştirak etdiyi üçün Ermənistanın apardığıtəcavüzkar müharibə çərçivəsində törədilən cinayətlərə görəməsuliyyət daşıyır.

Dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev MartirosyanQarik Qriqori barəsində məhkəmə istintaqında aparılmış araşdırmazamanı ona verilən ittiham üzrə zəruri xüsusatları elan edib.

Müəyyən edilib ki, Q.Martirosyan cinayətkar birliyin üzvü kimiazərbaycanlılara qarşı ağır və xüsusilə ağır cinayətlərintörədilməsi ilə müşayiət olunan təcavüzkar müharibədə ümumicinayətkar niyyəti həyata keçirdiyinə, yəni azərbaycanlılarıdidərgin salmaqla, etnik təmizlənmə aparılmaqla, onların qanuniməskunlaşdıqları ərazini işğal etməklə Ermənistana birləşdirməyəyönələn fəaliyyətdə fəal iştirak etdiyi üçün Ermənistan tərəfindənaparılan təcavüzkar müharibə və işğal dövründə törədiləncinayətlərə görə məsuliyyət daşıyır.

Sonra Allahverdiyan Davit Nelsoni barəsində məhkəmə istintaqındaaparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zərurixüsusatlar diqqətə çatdırılıb.

Dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev qeyd edibki, təqsirləndirilən şəxs 2006-2008-ci illərdə, 2020-ci ilinsentyabr-noyabr, 2023-cü ilin yanvar-sentyabr ayları ərzindəcinayət hadisələrinin törədilməsində iştirak edib.D.Allahverdiyanın cinayətkar birliyin maraqları naminə AzərbaycanRespublikasının hərbi qulluqçularına atəşlər açması, Ermənistanıntörətdiyi cinayətlərin nəticələrinin Azərbaycan Respublikasınınhərbi qulluqçuları tərəfindən aradan qaldırılmasına yönəlmiş cəhdinqarşısının alınması ilə bağlı müqavimət göstərməsi, hərbi xidmətdəolduğu müddətdə basdırılmış minaların Azərbaycan RespublikasınınSilahlı Qüvvələri tərəfindən aşkar edilərək zərərsizləşdirilməsininqarşısının alınması üçün döyüş növbətçiliyi çəkməsi, qeyd edilənhal aşkar ediləcəyi təqdirdə isə atəş açmaq üçün hər cür ləvazimat,hərbi sursatla təchiz edilməsi, öz cinayətkar niyyətlərini davametdirmək və digər cinayətlərdə iştirak etməsi təkzibedilməz şəkildəsübuta yetirilib.

Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev BalayanLevon Romiki barəsində məhkəmə istintaqında aparılmış araşdırmazamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətəçatdırıb.

Qeyd olunub ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasıərazilərinin Ermənistan tərəfindən işğal edilərək saxlanılmasıməqsədilə cinayətkar birliyin rəhbərləri tərəfindən işlənibhazırlanmış plana və verilmiş tapşırıqlara uyğun olaraq hücuməməliyyatlarında, ələ keçirilmiş mövqelərin qorunmasında,Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yeri, hərəkəti barədətopladığı məlumatları birliyin rəhbərlərinə çatdıraraq başlanılmıştəcavüzkar müharibənin planlaşdırılmasında, yeni hücum planlarınınhazırlanmasında iştirak edib.

Həmçinin aparılan döyüş əməliyyatlarında Azərbaycan RespublikasıSilahlı Qüvvələrini zəiflətmək məqsədilə birbaşa atəş dəstəyiverməklə, işğal xəritəsini genişləndirmək məqsədilə işğalçıqüvvələrin cəbhədə irəliləməsini, hərbi mövqelərin qorunmasını,işğal altında saxlanılan Azərbaycan Respublikasının suverenərazilərində qanunsuz mühəndis istehkam qurğularının qurulmasını,ətraflarında minalanma işlərinin aparılmasını təmin etməklə vədigər hərəkətlərlə çoxsaylı cinayətkar funksiyaları yerinəyetirib.

O, 1995-1998-ci illərdə, 2020-ci il sentyabrın 27-dən noyabrın10-dək olan müddət ərzində cinayət hadisələrinin törədilməsindəiştirak edib.

Beqlaryan Vasili İvani barəsində məhkəmə istintaqında aparılmışaraşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatlarıdiqqətə çatdıran dövlət ittihamını müdafiə edən prokuror VüsalAbdullayev bildirib ki, təqsirləndirilən şəxs 2012-2013-cü illərdə,habelə 2022-ci ilin sentyabrından 2023-cü ilin sentyabr ayınınsonunadək Azərbaycan Respublikasının ərazilərində cinayəthadisələrinin törədilməsində iştirak edib. O, Ağdərə rayonuərazisində Ermənistan ordusunun tərkibində aktiv fəaliyyətlə məşğulolmasına baxmayaraq, öz cinayətkar fəaliyyəti ilə cinayətkarbirliyin digər üzvlərinin və rəhbərlərinin AzərbaycanRespublikasının digər ərazilərində də törədilmiş cinayətlərinəbilavasitə şərait yaradıb.

Dövlət ittihamını müdafiə edən prokuror Vüsal AbdullayevStepanyan Qurgen Homeri barəsində məhkəmə istintaqında aparılmışaraşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatlarıdiqqətə çatdırıb.

Bildirilib ki, o, 2005-2007-ci illərdə Ermənistan silahlıqüvvələrinin ən böyük hərbi birləşməsinin tərkibində Füzuli rayonuərazisində ön cəbhədə “xidmət edib”, daha sonra Xocalı rayonununərazisində yerləşdirilmiş cinayətkar birliyin struktur qurumu olanMusayelyan Edo Robertoviçin rəhbərlik etdiyi qanunsuz silahlımütəşəkkil birləşməyə qoşulub, həmin birləşmənin üzvü kimifəaliyyət göstərib.

Qeyd edilib ki, məhkəmə istintaqı zamanı tədqiq edilmişsübutlarla Q.Stepanyana ibtidai istintaq zamanı elan edilmişittihamlar tam şəkildə təsdiq olunub.

Qazaryan Erik Roberti barəsində məhkəmə istintaqında aparılmışaraşdırma zamanı ona qarşı irəli sürülən ittiham üzrə zərurixüsusatları diqqətə çatdıran dövlət ittihamını müdafiə edənprokuror Vüsal Abdullayev bildirib ki, Ermənistan Respublikasınınvətəndaşı olan təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayından2023-cü ilin sentyabr ayının sonunadək olan müddət ərzində cinayəthadisələrinin törədilməsində iştirak edib.

İttiham tərəfinin çıxışları zamanı məhkəmə zalındakıtəqsirləndirilən şəxslərin ittiham olunduğu cinayətlər üzrəfotoşəkillər də nümayiş etdirilib.

Məhkəmə prosesi noyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Избранный
27
49
az.trend.az

10Источники